Ermənipərəst QHT-nin ECOSOC statusu ləğv edilməlidir –Ekspert şərhi

ECOSOC
ECOSOC

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Qeyri-Hökumət Təşkilatları (QHT) üzrə Komitəsinin sessiyası çərçivəsində ECOSOC-un məsləhətçi statuslu üzvü olan Christian Solidarity International (CSI) təşkilatının fəaliyyəti ilə bağlı narahatlığını ifadə edərək xüsusi məsələ qaldırıb.

AzPost bildirir ki, müzakirələrin nəticəsi olaraq, həmin təşkilata konkret suallar ünvanlanıb.

BMT-nin İqtisadi və Sosial Şurasının xüsusi məşvərətçi statuslu üzvü olan “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərə qarşı belə hallarda hansı tədbirlərin görülməli olduğunu AZƏRTAC-a şərh edib.

Ekspert qeyd edib ki, Azərbaycan haqlı olaraq CSI təşkilatının fəaliyyətini gündəmə gətirib və təşkilatın BMT prinsiplərinə və ECOSOC-un tələblərinə uyğunluğu ciddi şəkildə araşdırılmalıdır.

O bildirib ki, Christian Solidarity International təşkilatının 2024-cü il iyulun 9-da və oktyabrın 1-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının tədbirləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən xəritələr nümayiş etdirməsi və ölkənin suveren ərazilərini qeyri-qanuni adlarla təqdim etməsi BMT prinsiplərinə ziddir. Bundan əlavə, həmin tədbirlərə işğal dövründə Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətlərdə iştirak etmiş şəxslərin əsas çıxışçılar kimi dəvət olunması beynəlxalq hüququn normalarının pozulmasına birbaşa şərait yaradır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.