Bakıda 41 min dollarlıq dələduzluq – Saxlanılanlar var

dollarlıq
dollarlıq
Bakıda 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb. AzPost xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41 min dollar və 5 min 720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Polis əməkdaşları əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundovu müəyyən edərək saxlayıb.
Bundan başqa, Sumqayıda bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli biliib. 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bundan başqa 1 milyon manatdan çox dələduzluq ittihamından bəraət alan Azər İsmayılov 5 ay sonra həbs edilib.Onun Bakı Ağır Cinayətlər Məhkəməsindən aldığı bəraəti ləğv edilib.

Hökmdən həm prokuror, həm zərərçəkmişlər narazı qalıb, ləğvi üçün apellyasiya protesti və apellyasiya şikayətləri verilib.

Prokuror protestində göstərib ki, kifayət qədər dəlil və sübutlar, zərərçəkmişlərin şikayətləri olduğu halda çıxarılmış hökm qanunauyğun deyil. Bu cinayət qanunun ədalət prinsipi ilə də üst-üstə düşmür.

İttihamçı hökmün tamamilə ləğv edilməsini, təqsirləndirilən şəxsin sanksiya həddində cəzalandırılmasını tələb edib. Zərərçəkmiş şəxslər də ittiham tərəfinin mövqeyinə uyğun çıxış ediblər.

Ötən gün bu işlə bağlı yekun qərar elan edilib. Sabit Bəhrəmzadənin sədrlik etdiyi hakimlər tərəfləri dinlədikdən, sübutlarla tanış olduqdan sonra hökmün ləğv edilməli olduğu qənaətinə gəliblər.

Qərara əsasən, protest və şikayətlər təmin edilib. Təqsirləndirilən şəxsə verilmiş bəraət ləğv edilib. A.İsmayılov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. İsmayılov məhkəmə salonunda həbs edilib.

Qeyd edək ki, A.İsmayılov 1 milyon 200 min manatlıq dələduzluqda ittiham olunub. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. A.İsmayılov xarici ölkələrdən Azərbaycana ət və ət məhsullarının tədarükü ilə məşğul olub. Zərərçəkənlər də bu alış-veriş zamanı aldanıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.