Komaya düşən sabiq nazirin son durumu açıqlandı
“İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Onun səhhətində hər hansı dəyişiklik yoxdur”.
Bu barədə Teleqraf.com-a Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev deyib.
Qeyd edək ki, insult keçirən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.
O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
1938-ci il martın 20-də Tovuz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini və Leninqrad Dövlət Universitetinin əyani aspiranturasını bitirib. Hüquq elmləri doktorudur. 10 monoqrafiyanın və broşürün, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus dilini bilir. 1962–1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə bölməsində kiçik elmi işçi olub.
1966-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1970-ci ildən Azərbaycan Respublikası prokurorunun köməkçisi, 1972-ci ildən Azərbaycan KP MK- İnzibati orqanlar tərəfindən dəyişdirilib.
1978-ci ildən Azərbaycan Respublikası prokurorunun köməkçisi, 1985-ci il tarixində Azərbaycan Respublikasının prokuroru, 1990-cı ildən bəri Respublika Prokurorluğunda şöbə müdiri, 1992-ci ildən Respublika ədliyyə naziri, 1996-ci ildə Azərbaycan Ali Diplomatiya Kollecində beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb.