Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.
“Report” xəbər verir ki, exit-poll 300-dən çox seçki məntəqəsində, iri şəhərlərdə və kənd yerlərində keçirilib.
Qeyd edək ki, Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.
O, Belarusa 1994-cü ildən prezidentlik edir. İlk dəfə 5 il müddətinə seçilən Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə ikinci dəfə prezident kürsüsünə yiyələnən Lukaşenko 2004-cü il referendumunda iki dəfədən çox seçilməyə məhdudiyyət götürüldüyündən 2006-cı ildə yenidən dövlət başçısı ola bilib. 2010-cu il dekabrın 19-u keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə səslərin 79.67 faizini toplayıb