Azərbaycanın görkəmli aktyor, xalq artisti Həsənağa Turabovun həyat yoldaşı Solmaz xanım Turabova vəfat edib.
AzPost bildirir ki, bu barədə jurnalist Turan Etibaroğlu ailəyə yaxın şəxsləər istinadən bildirib.
Solmaz Turabova 85 yaşında dünyasını dəyişib.
Uzun illər pedaqoji sahədə çalışmış S.Turabova ingilis dili müəlliməsi olub.
Allah rəhmət eləsin!

Xatırladaq ki, Həsənağa Turabov 1938-ci ilin 24 mart tarixində Bakı şəhərində anadan olmuşdur. O, 31 nömrəli orta məktəbdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olmuş və 1960-cı ildə ali təhsilini aktyorluq ixtisası üzrə başa vurmuşdur. Elə həmin ildən etibarən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış Həsənağa Turabovun, ömrü bu teatrda keçmişdi. 1987–2001-ci illər aralığında teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur.2003-cü ildə vəfat etmişdir. “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.