Məhbuslar səs verib

Məhbuslar səs verib

Məhkum və həbs edilmiş şəxslər bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edirlər.

AzPost bildirir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasında keçirilən növbəti bələdiyyə seçkiləri ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar və həbs edilmiş şəxslər, həmçinin Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular hər bir Azərbaycan vətəndaşı kimi seçki hüquqlarından istifadə edirlər.

Bu məqsədlə bütün digər seçki məntəqələrində olduğu kimi, Penitensiar xidmətin tabe qurumlarında da əlverişli seçki mühiti yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub.

Məhbuslar və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Səsvermə prosesi müşahidəçilər tərəfindən izlənilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.