AFFA dörd oyunçunu futboldan ömürlük qovdu

AFFA İntizam Komitəsi daha üç oyunçunu futboldan ömürlük uzaqlaşdırıb.

Bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

I Liqada “Mingəçevir”də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli danışılmış oyunlarda iştiraka görə ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq futbolçusu Adil Nağıyev də ömürlük futboldan kənarlaşdırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.