Britaniya alimləri özünü “yeniləyən” asfalt hazırlayıb

Britaniya alimləri özünü “bərpa edən” asfalt hazırlayıb
Britaniya alimləri özünü “bərpa edən” asfalt hazırlayıb

Britaniya alimləri özünü “yeniləyən” asfalt hazırlayıb

Britaniya alimləri özünü “bərpa edən” asfalt hazırlayıb. AzPost “The Guardian”a istinadla xəbər verir ki, yeni məhsul Suonsi Universitetində ixtira olunub. Tədqiqatçılar bitki sporları sayəsində asfaltdan istifadə zamanı əmələ gələn kiçik çatları düzəltməyə qadir olan yeni bitum növü yaratdıb. Üstəlik, “bərpa” üçün insanın iştirakı tələb olunmayacaq.

İxtiranın asfaltın istismar müddətini artıracağı gözlənilir. Çatları bərpa etməklə, su yolun səthinə dərindən nüfuz etməyəcək və böyük ziyan vurmayacaq.

“Çatları möhürləməklə siz gələcək çuxurların əmələ gəlməsinin qarşısını almış olursunuz və yolun ömrünü uzadırsınız. “Biz səthin ömrünü 30% uzada bilərik” – deyə layihənin müəllifi Jose Norambuena-Contreras bildirib.

O, əlavə edib ki, yeni məhsul sayəsində yolda avtomobil sürmək sözün əsl mənasında “sürücülərin qulağına gələn musiqiyə” çevriləcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.