Ölümündən sonra donor olmaq istəyən neçə nəfər var?

ölümündən sonra
ölümündən sonra

Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə qədər olub.

AzPost xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bu gün Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı təbliğat aparılır.

“Könüllü olaraq hər kəs müraciət edə bilər. Bu yaxınlarda bizə bir tələbə müraciət etmişdi. Bu zaman biz çox sevindik ki, bu cür düşünən gənclər var”, – deyə o əlavə edib.

Yeganə Abbasova qeyd edib ki, özü də daxil olmaqla bütün Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin işçiləri könüllü olaraq orqan donorluğu üçün müraciət ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.