Çin saatda 450 km gedəcək qatarın sınaqlarına başlayıb

Çin saatda 450 km gedəcək qatarın sınaqlarına başlayıb

Çin Dəmir Yolları 450 km/saat sürətə çata biləcək CR450 yüksəksürətli qatarın kommersiya istifadəsinə verilməsi ərəfəsində sınaqlarına başlayıb.

AzPost bildirir ki, bu barədə “China Daily” qəzeti yazıb.

Nəşrin qeyd etdiyi kimi, sınaqlar zamanı mühəndislər qatarın kommersiya istismarına tez başlamaq məqsədilə onun texniki göstəricilərini optimallaşdıracaqlar.

CR450 prototipi 2024-cü ilin dekabrında təqdim edilib. Gözlənilir ki, bu yeni inkişafın yaxın gələcəkdə ölkə daxilində daşınmalarını əhəmiyyətli dərəcədə sürətləndirəcək. Bundan əlavə, qatarın daha qısa əyləc məsafəsi, dayanıqlıq və təkmilləşdirilmiş idarəetmə sistemi kimi texniki xüsusiyyətlərinin onu mövcud modellərdən daha təhlükəsiz etdiyi bildirilir. Həm də daha rahat olacaq və enerjiyə qənaət edəcək.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.