“Sənə alma satmıram” deyən satıcını söydü- Həbs olundu

həbs
həbs
Sabirabad rayonunda bazarda alma satan satıcını söyən şəxşə hökm oxunub. Qaynarnfo-nun məlumatına görə, 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini İbrahim İbrahimxəlilov (şərti) bazarda olarkən qardaşı övladı ona zəng edərək alma almasını xahiş edib.
O, alma satan G.H.-ya yaxınlaşaraq meyvə almaq istəyib. Həmin vaxt satıcı onu görüb, alma cərgəsinin üzərini bağlayıb. İbrahim ondan səbəbini soruşanda G.H “sənə alma satmıram” deyib.
Təqsirləndirilən şəxs içkili olduğundan əsəbiləşərək G.H.-ya qarşı nalayiq ifadələr işlədib və ona hücum edib.
Məhkəmənin qərarı ilə İbrahim İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.