Polis cibgirləri tutdu: bu ərazilərdə “işləyirmişlər”

soyğunçuluqda
soyğunçuluqda

Abşeron rayonunda polis soyğunçuluqda şübhəli bilinən cibgirləri saxlayıb. AzPost DİN-ə istinadla xəbər verir ki, Abşeron rayonu ərazisində 2 ayrı vətəndaşa məxsus içərisində pul, bank kartları və sənəd olan çantanın, həmçinin mobil telefon və 1060 manat maddi vəsaitin soyğunçuluq yolu ilə talanması barədə polisə məlumatlar daxil olub.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı O.Allahverdiyev və 31 yaşlı S.Sadıqov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.