Gəncədə işə düzəltmə dələduzluğu

İşə düzəltmə
İşə düzəltmə

Vətəndaşları dövlət qurumlarında işə düzəltmə adı ilə dələduzluq etməkdə təqsirləndirilən daha bir şəxsə hökm oxunub.

AzPost Qaynarinfo-ya istinadən xəbər verir ki, təqsiləndirilən T.Q. Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunub.

Hakim Asif Əliyevin çıxardığı hökmə əsasən, T.Q. 3 il müddətinə azadlıqdan məhrum edilib.

İş materiallarından məlum olur ki, T.Q. Gəncə Dəmiryol Xəsətəxanasının həkimindən 12500 manat alaraq onun oğlunu dövlət şirkətlərinin birində işə düzəlməsinə kömək edəcəyini bildirib.

Bundan başqa, o, başqa bir şəxsi 9000 manat müqabilində Gəncədə fəaliyyət göstərən məktəblərdən birinə işə düzəltmə vəd edib.

Lakin sonradan məlum olub ki, deyilənlər sadəcə quru vəddir.

Vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra T.Q. saxlanılıb və ona yuxarıda qeyd edilən maddələrlə ittiham irəli sürülüb.

T.Q. məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.