“Dərnəgül” yoluna alternativ yol nə vaxt hazır olacaq?

Alternativ yol
Alternativ yol

“Dərnəgül” yoluna alternativ yol nə vaxt hazır olacaq? Bakının Sabunçu qəsəbəsindən Sulutəpə qəsəbəsinə birbaşa yol çəkiləcək.

AzPost “Xəzər TV”-yə istinadla xəbər verir ki, bu, 2025-2030-cu illəri əhatə edən layihədə öz əksini tapıb. Yeni yolun hansı ərazidən keçəcəyi və Bakının hansı əsas prospektinin alternativi olacağı da təxminən bəllidir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, faktiki olaraq Ziya Bünyadov prospekti bakı şəhərində şərq-qərb nəqliyyat axınını təmin edir. Bu səbəbdən həmin prospektdə istənilən vaxt nəqliyyat sıxlığı müşahidə edilə bilər. Belə böyük prospektə alternativin çəkilməsi olduqca zəruri addımdır.
Ekspertin fikirincə, yeni yolun çəkilməsi çox yüksək effekt verə bilər. Bununla Ziya Bünyadov prospekti ilə yanaşı, mərkəzi yollarda da sıxlıq azalacaq.
Ərşad Hüseynov onu da təklif edir ki, həmin yol istifadəyə verilən zaman yeni marşurut xətləri də fəaliyyət göstərməli, mikromobil vasitələr üçün şərait yaradılmalıdır.
“Dərnəgül” yolu ilə bağlı daha ətraflı videomaterialda:

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.