Üçqat Olimpiya çempionu vəfat edib

Olimpiya çempionu
Olimpiya çempionu

Üçqat Olimpiya çempionu vəfat edib

Sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev vəfat edib.

AzPost “Sport Baza”-ya istinadən bildirir ki, Saytiyev Moskva xəstəxanalarından birində dünyasını dəyişib.
Buvaysar Saitiyevin ölümünün ilkin səbəbi  ürəyinin dayanmasıdır.

Saitiyev bu gün günorta saatlarında zəhərlənmə şübhəsi ilə Moskva xəstəxanasına yerləşdirilib. O, evininin həyətində olarkən özünü pis hiss edib. Əvvəlcə onun köməyinə yerli təmizlikçi gəlib. Daha sonra təcili yardım çağırılıb.

Bir neçə saatdan sonra Saytiyev xəstəxanada ölüb.

Saytiyev Atlanta (1996), Afina (2004) və Pekində (2008) keçirilən Olimpiadalarda qızıl medal qazanıb. Onun dünya çempionatından altı qızıl, Avropa çempionatından isə eyni sayda qızıl medalı var.

1975-ci il martın 11-də Xasavyurtda anadan olub. milliyətcə çeçendir.

1989-cu ildə SSRİ idman ustası olub. 1990-cı ildə Novokuznetskdəki idman internat məktəbinə oxumağa getdi. 1991-ci ildə SSRİ gənclər çempionatında (tarixdə sonuncu) çempion oldu.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.