Ağadadaş Ağayevin baltası özünə qaytarılıb

Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qaytarılıb.
Məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən insidentdə istifadə olunan əşya sahibinə geri verilib.
 Müğənni ötən il Bakıdakı “MedEra” hospitalının mühafizəçisi ilə mübahisə edib və əlindəki baltanı ona tərəf atıb. Hadisə zamanı balta xəstəxananın xadiməsinin ayağına dəyib. Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin.
İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. Məhkəmə prosesi başa çatdıqdan sonra, cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.