Minik avtomobilləri istehsal edən ən böyük ölkələr- SİYAHI

Avtomobil bazarı
Avtomobil bazarı

Çin bir il ərzində təxminən 31,3 milyon avtomobil istehsal edərək dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalır.

2024-cü ildə qlobal avtomobil istehsalı 2023-cü ilə nisbətən 1 faiz azalaraq 92,5 milyon ədəd olub.

AzPost xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ümumdünya Avtomobil İstehsalçıları Təşkilatı (OISA) məlumat yayıb.

Qeyd olunur ki, bu rəqəmin ən böyük payı minik avtomobillərinə düşür ki, bunun da 67,7 milyon ədədi istehsal edilib (-1 faiz).

İstehsal olunan yüngül kommersiya avtomobilləri – 20,9 milyon ədəd (-3 faiz) olub. Böyük yük maşınları – 3,6 milyon ədəd (-2 faiz), avtobuslar – 291 min ədəd (+17 faiz) təşkil edib.

Çin ildə təxminən 31,3 milyon ədəd istehsal etməklə dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalır. Nəqliyyat vasitələri – (+4%).

İkinci yeri ABŞ tutur – 10,5 milyon ədəd (-1 faiz). Üçüncü yerdə Yaponiyadır – 8,2 milyon ədəd (-9 faiz).

İlk beşlikdə bu ölkələr də yer alıb: Hindistan – 6 milyon ədəd (+3 faiz) və Meksika 4,2 milyon ədəd (+5 faiz).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.