Misirdə turist batiskafı batıb: ölənlər var

Misirin Hurqada şəhərində 45-ə yaxın turisti daşıyan “Sindibad” batiskafı Qırmızı Dənizdə batıb.

“Əl-Ərabiyyə” telekanalı xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb. İlkin məlumatlara görə, 29 nəfər xilas edilib. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalır. Onlar şəhər xəstəxanalarına çatdırılıblar.

Hurqada qubernatorluğundan bildirilib ki, ölənlərin hamısı xarici turistlərdir.

Misirin turizm naziri Şərif Fəthi yaralılara bütün lazımi tibbi yardımın göstəriləcəyini bildirib.

Hadisənin səbəblərinin araşdırılması məqsədilə texniki komissiya təşkil edilib. Qeyd olunur ki, batiskaf turistləri mərcan riflərini müşayiət etməyə aparırmış. Lakin məşhur otellərdən birinin sahili qarşısında batıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.