Qəbələdə sərnişini qatarı gözləmək üçün gözləmə zalına buraxmadılar- Qəribə SƏBƏB

PHOTO VUGAR AMRULLAYEV

Həsən Hüseynzadə adlı vətəndaş Azərbaycan Dəmir Yollarından şikayətçidir.

AzPost xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

Şikayətçinin sözlərinə görə, mart ayının 31-də Qəbələ dəmir yolu vağzalında qatarı gözləmək üçün sərnişinlər üçün nəzərdə tutulan gözləmə zalına daxil olmaq istəyib.

Bu zaman mühafizəçi ona yaxınlaşaraq buna icazə verilmədiyini bildirib. Qeyd edib ki, rəhbərliyin göstərişinə əsasən taksi sürücülərinin vətəndaşları narahat etməməsinin qarşısını almaq məqsədilə bu addım atılır.

“Dünyanın heç bir yerində belə mənzərə görməmişəm. Əgər sərnişin buraxılmırsa gözləmə zalı kimin üçündür” – deyə şikayətçi qeyd edib.

Qarşı tərərfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.