Nazir Prezidentin mətbuat xidmətinin keçmiş əməkdaşına vəzifə verdi

yeni nazir
yeni nazir
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev özünə yeni köməkçi təyin edib.
 
AzPost Bakupost.az -a istinadən xəbər verir ki, bu posta Seyran Məmmədov gətirilib.
S.Məmmədov 1980-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirib.
2001-2004-cü illərdə “Space” MTRŞ-də ingilis dilində analitik-informasiya proqramının aparıcısı və redaktoru olub.
2004-2010-cu illərdə Prezident Administrasiyasında Prezidentin mətbuat xidmətinin əməkdaşı olub.
2010-2025-ci illərdə İqtisadiyyat Nazirliyi nəzdindəki Bakı Biznes Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.