“Meta” korporasiyası “Facebook”, “Messenger” platformalarında həmçinin “Instagramda” həddi-buluğa çatmamış istifadəçilərin təhlükəsizliyi məqsədilə qaydaları sərtləşdirir.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Yeni qaydaya görə, yaşı 16-a çatmamış istifadəçilər “Instagram” sosial şəbəkəsində Canlı yayım funksiyalarından istifadə edə bilməyəcək. Onların “strim” apara bilməsi üçün valideynlərinin razılığı tələb olunacaq.
Bundan başqa, onların ismarıcda göndərdiyi fotoşəkillərdə alqoritm çılpaq təsvir aşkarlayacağı təqdirdə, onlara avtomatik olaraq “blur” (bulanıq təsvir) effekti veriləcək və onun deaktivasiyası üçün də valideynin icazəsi lazım gələcək.