Zabrat qəsəbəsində su olmayacaq – Bu tarixdə

su
su

Sabah Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli su təchizatı dayandırılacaq.

AzPost xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Zabrat qəsəbəsini içməli su ilə təchiz edən xətdə aparılacaq təmir işləri ilə əlaqədar aprelin 11-də saat 10:00-dan axşam saatlarına qədər qəsəbəyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.