Tbilisi-Bakı sərnişin qatarının bərpası ilə bağlı danışıqlar aparılır

Qatar
Qatar

Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində intensiv danışıqlar aparılır.

AzPost “Report”-a istinadən bildirir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” BMG media platformasına açıqlama verib.

Bildirilib ki, hazırda həm Gürcüstan, həm də Azərbaycan tərəfi sərnişin daşımalarının bərpası ilə bağlı aktiv şəkildə çalışır:

“Bu istiqamətdə dəmir yolu idarələri və digər aidiyyəti dövlət qurumları arasında danışıqlar və texniki detallarla bağlı razılaşma prosesi davam edir. Dəqiq tarix daha sonra açıqlanacaq”.

Qeyd edək ki, pandemiya dövründə dayandırılan Tbilisi–Bakı sərnişin qatarlarının hərəkəti hələ də tam şəkildə bərpa olunmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.