Bu şəxsləri 7 min manatlıq cərimə gözləyir

cərimə olunacaq
cərimə olunacaq
Cinayət Məcəlləsindəki dəyişiklik Milli Məclisdə təsdiq edilib.
Dəyişikliyə əsasən, bundan sonra pilotsuz uçuş aparatı və ya hava nəqliyyatı qismində istifadə təyinatı olmayan digər hava gəmisinin hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.//oxu.az
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.