Tramp 1 milyon miqrantı ABŞ-dan deport etməyi planlaşdırır

Donald Tramp
Donald Tramp

Prezident Donald Trampın administrasiyası ABŞ-dan təxminən 1 milyon qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

Qəzet bildirir ki, bu planlarla yaxından tanış olan dörd hazırkı və keçmiş federal məmurun sözlərinə görə, şəxsi müzakirələrdə daima bir mühüm rəqəm vurğulanır: bu, 1 milyondur.

Qəzetin məlumatına görə, bu rəqəm, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası dövründə tətbiq olunan 400 min deportasiya rekordunu xeyli üstələyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.