Səhiyyə Nazirliyi gömrük qaydaları pozan şirkətdən 340 minlik material alır

Tender
Tender

Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi reaktivlərin, laboratoriya avadanlıqlarına ehtiyat hissələrinin, digər laborator ləvazimatların və istismar materiallarının alınmasına 341 096 AZN xərcləyəcək.

Qurum “SEM-AZ” MMC ilə müqavilə bağlayıb.

Mərkəz bundan əvvəl də 197 166 manatlıq tenderini bu şirkətə vermişdi. (Pravda.az)

Xatırladaq ki, tenderin qalibi olan şirkət bir neçə dəfə məhkəməyə verilib. Belə ki, “Sem-Az” MMC-yə gömrük qaydaları əleyhinə olan (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.