“Kapital Bank”ın müştəri xidmətlərindən narazılıq –Bu cür davranış qəbuledilməzdir

Kapital Bank
Kapital Bank

Murad İsayev adlı vətəndaş “Kapital Bank”ın müştəri xidmətlərindən narazılıq edib. AzPost xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib. Vətəndaş idda edir ki, aprel ayının 7-də  bank ilə olan müqaviləyə xitam vermək üçün müvafiq filiala yaxınlaşıb.  

“Xitam müqaviləsi imzaladıq, amma bank əməkdaşları “daxili qaydalara” əsaslanaraq müqavilənin nüsxəsini 3 iş günü sonra verəcəklərini dedilər. Qanunlar bankın daxili qaydalarından üstün olsa da, heç bir əsaslandırma vermədilər. Uzun mübahisədən sonra nəhayət ki, müqaviləni aldım”.

Murad İsayev ikinci problemlə üzləşdiyini bildirir. Belə ki, şəxsi vəsaitimi çıxarmaq üçün ondan faizlər tələb ediblər. “Yorğunluqdan artıq mübarizə aparmaq istəmədiyim üçün faizləri ödəyib oradan uzaqlaşdım. Müştəri xidməti bu qədər çətin olmalıdırmı? Bank öz müştərilərinin hüquqlarına və vaxtına hörmət etməlidır. Bu cür davranış qəbuledilməzdir. Kapital bankdan uzaq durun» – deyə müştəri şikayətində bildirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.