Tarkanın anası vəfat edib

Məşhur türk müğənnisi Tarkanın anası Neşe Tevetoğlu vəfat edib.

AzPost CNN-Türk-ə istindən bildirir ki, Antalyda yaşayan Tevetoğlu müalicə aldığı xəstəxanada ürək çatışmazlığından dünyasnını dəyişib.

Avropa turnesi çərçivəsində Almaniyada konsert verən Tarkan dərhal İstanbula qayıdıb.

Neşe Tevetoğlu sabah İstanbulda dəfn ediləcək.

Tarkanın anası ötən il damar tıxanması səbəbindən İstanbulda əməliyyat olunmuşdu. Son zamanlar ayağındakı ağrılara görə müalicə alırdı.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.