Tramp Rusiya gəmilərinə qoyulan qadağanı bir il müddətinə uzadıb

ABŞ Prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanı daha bir il müddətinə uzadıb.

TASS xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Federal Reyestrində yerləşdirilmiş sənədində deyilir.

“Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət rejimini və Rusiyaya aid gəmilərin Birləşmiş Ştatların limanlarında yanalmasını və hərəkətini tənzimləmək üçün 10371 saylı Bəyannamədə təsbit olunmuş fövqəladə hallar səlahiyyətlərini bir il müddətinə uzadıram”, – sənədin mətnində deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.