Boksçumuz dopinqə görə yarışlardan 4 illik kənarlaşdırılıb

Azərbaycan boksçusu Fərid Sadıqov dopinq qaydalarını pozduğu üçün 48 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

AzPost Apasport.az-a istinadən xəbər verir ki, Sadıqovun nümunələrində qadağan olunmuş maddələrin, onların metabolitlərinin və ya markerlərinin izləri aşkarlanıb.

Bununla yanaşı, o, həm də qadağan edilən maddədən və ya üsuldan istifadə etdiyi və ya bu istiqamətdə cəhd göstərdiyi üçün də cəzalandırılıb.

Diskvalifikasiya qərarı 2024-cü il yanvarın 1-dən qüvvəyə minib və sanksiya 2028-ci ilin eyni tarixinə qədər davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.