2025-ci aprel 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 766.7 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” xəbər verir ki, bunun 85.1 %-i və yaxud 62 milyard 740.2 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14.9 %-i və yaxud 11 milyard 26.5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.