Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib

Moldova parlamenti qanunverici orqana seçkiləri sentyabrın 28-nə təyin edib.

Müvafiq qərar hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatlarının səsləri ilə qəbul olunub.

“Parlament seçkilərinin vaxtının təyin edilməsi haqqında qərar layihəsi 57 səslə təsdiq edilib”, – deyə qanunverici orqanın sədri İqor Qrosu bildirib.

Müxalif kommunistlər və sosialistlər bloku parlament seçkilərinin iyulun sonunda keçirilməsini təklif etsələr də, onların təşəbbüsü dəstəklənməyib.

Qeyd edək ki, parlament respublikası olan Moldovada Baş nazirin namizədliyi və hökumətin tərkibi qanunvericilər tərəfindən təsdiqlənir. Seçkilər vahid seçki dairəsi üzrə keçirilir.

Hazırda qərbyönlü hakim partiya qanunverici orqandakı 101 yerdən 61-nə nəzarət edir. Onu 29 deputatdan ibarət müxalif kommunistlər və sosialistlər bloku izləyir. Moldova hakimiyyətinin qeyri-qanuni saydığı və ləğv etdiyi “Şor” partiyasının yeddi deputatı isə müxalifətin “Qələbə” blokunu dəstəkləyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.