Hesab edirəm ki, biz Ukraynada sülhün əldə olunmasına getdikcə yaxınlaşırıq.
AzPost bildirir ki, bu sözləri ABŞ Prezidenti Tramp İtaliya Baş naziri ilə Ağ Evdə görüşündən sonra keçirilmiş brifinqdə bildirib.
“Rusiyanın cavabı bu həftə alınacaq. Bundan sonra qərar qəbul edəcəyik”-deyə o vurğulayıb.
Tramp deyib ki, ABŞ və Ukrayna aprelin 24-də faydalı qazıntılar üzrə saziş imzalayacaq
“Mən hesab etmirəm ki, Zelenski müharibəyə görə məsuliyyət daşıyır. Amma bu müharibənin başlanmasından məmun da deyiləm. Ona görə də mən bu işdə əli olanların hamısından narazıyam. Mən onu ittiham etmirəm. Amma deməliyəm ki, o ən böyük işi görüb. Başa düşürsünüz? Zelenskinin böyük pərəstişkarı deyiləm”- deyə o vurğulayıb.