“Ərazilərimizdən heç birini Rusiyanın ərazisi kimi tanımayacağıq” –ZELENSKİ

Vladimir Zelenski
Vladimir Zelenski

“Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə hazırdır, lakin bu mərhələyə çatana qədər ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq”.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski keçirdiyi brifinqdə bildirib.

“Siz mənim münasibətimi və qırmızı xətlərimizin nədən ibarət olduğunu bilirsiniz. Biz müvəqqəti olaraq işğal olunmuş ərazilərimizdən heç birini Rusiyanın ərazisi kimi tanımayacağıq”, – deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun strategiyasına da münasibət bildirib və bunu təhlükəli hesab etdiyini deyib. Zelenskinin fikrincə, Vitkoffun fikirləri sülh danışıqlarına kömək etmir.

Prezident həmçinin vurğulayıb ki, Ukrayna atəşkəsi dəstəkləməyə hazırdır, lakin hesab edir ki, Rusiya gərginliyi artıraraq daha çox ərazi ələ keçirməyə çalışır.

“Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə və addımlar atmağa nə qədər hazır olsa, atəşkəsə bir o qədər yaxınlaşacağıq”, – deyə Zelenski bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.