“Ukraynanın enerji obyektlərinə hücuma qoyulan moratorium başa çatıb”

Peskov
Peskov

“Ukraynanın enerji obyektlərinə hücumlara qoyulan moratorium başa çatıb”.

AzPost bildirir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, Rusiya prezidentindən heç bir yeni göstəriş alınmayıb.

Martın 18-də Kreml Putinin Ukraynanın enerji obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq əmri verdiyini bildirib. Ukrayna hakimiyyəti israrla Rusiya tərəfinin razılaşmaları təhrif etdiyini və razılaşmanın tarixinin martın 18-i olması barədə yalan danışdığını bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.