Federal Mühafizə Xidməti (FSO) Leninin məqbərəsini bu il aprelin 23-dən mayın 19-dək, demək olar ki, bir aya bağlayacaq. Bu müddət ərzində ziyarətçilər üçün əlçatan olmayacaq. AzPost xəbər verir ki bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən xəbər verir.
Kreml divarının yaxınlığındakı nekropol da ziyarətçilər üçün əlçatmaz olacaq.
“Tədbirlərin hazırlanması və keçirilməsi ilə əlaqədar ziyarətçilər qəbul edilməyəcək”, – FSO bildirib.
Qeyd edək ki, 2025-ci il aprelin 22-də Vladimir İliç Leninin anadan olmasının 155-ci ildönümü qeyd olunacaq.
Xatırladaq ki, bundan əvvəl Moskvanın Qırmızı Meydanındakı Leninin məqbərəsi bu ilin fevralında ziyarətçilər üçün bağlanmışdı. O zaman FSO, məhdudiyyətlərin “profilaktik təmir işləri ilə əlaqədar” fevralın 18-dən aprelin 14-dək qüvvədə olduğunu bildirdi.