“Təxminən 1 ilə yaxındır ki, Kapital Bank-ın Birbank kredit kartından istifadə edirəm. ASAN xidmətdə təklif edildi və mən də hər ehtimala qarşı onu götürdüm. Vəziyyət elə gətirdi ki, hər ehtimala qarşı götürdüyüm kartı aktiv işlətməyə başladım”.
AzPost xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev öz sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, kartın üzərində CASHBACK yazıldığından tətbiqdə nə qədər vəsait yığıldığını axtarmağa başlayıb. “Məlum oldu ki, heç nə yığılmayıb. Bankda əlaqə saxladığımdan məlum oldu ki, kateqoriyanı seçməmişəm. Zəng vurduğum əməkdaşa izahetməyə çalışdım ki, bu kartı mənə verəndə nə cashback barədə məlumat verilib, nə də kateqoriyanın seçilməsinin vacibliyi barədə. Üstəgəl bildirdim ki, kateqoriya seçimi funksiyası bəlkə də son 1 ildə tətbiq edilməyə başlanıb. Buna qədər seçim yox idi. Ona görə müştəriyə detallı məlumat verilməli idi. Amma faydası olmalı. Öz səhvlərini həmişəki kimi müştərinin boyuna atmağı çıxış yolu kimi olaraq seçdilər”.
İqtisadçı onu da əlavə edib ki, bank sektorunda istehlakçıların hüquqları kütləvi şəkildə pozulur. “İnsanların maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. İstehlakçılara natamam məlumat verməkə işlərini bitmiş hesab edirlər. Halbuki ki məlumatın tam verilməməsi də birbaşa qanun pozuntusudur. Təəssüf ki, ölkənin 2-ci ən böyük bankı olan Kapital Bank bu yolla əlavə qazanc əldə etməyə çalışır”.