ABŞ prezidenti Donald Tramp Kiyevdə azı səkkiz nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra rusiyalı həmkarı Putini qınayıb.
AzPost bildirir ki, Tramp “Truth Social” səhifəsində hücumların “lazımsız” olduğunu və “uğursuz adlandırıb. “Vladimir, dayan!” Hər həftə 5000 əsgər ölür”-deyə Tramp Putinə müraciət edib.
Hücum Ukrayna prezidenti Vladimir Zelenskini Cənubi Afrikaya rəsmi səfərini yarımçıq qoymağa vadar edib.
Bundan əvvəl Tramp Zelenskini Krımı mümkün razılaşmanın bir hissəsi kimi təslim etməkdən imtina etməkdə günahlandırıb.