Tramp və Zelenski Papanın dəfn mərasimindən əvvəl görüşüb-FOTO

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Papa Fransiskin dəfn mərasimi başlanmazdan əvvəl görüş keçiriblər.

Bu barədə “Sky News“ Vatikan mənbələrinə istiadən məlumat yayıb.

Görüş zamanı tərəflər dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.

Ağ Ev rəsmisi bildirib ki, Prezident Donald Tramp Vatikan şəhərində dəfn mərasimindən əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ilə “çox məhsuldar müzakirə” aparıb.

Hər iki lider, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron da daxil olmaqla, bir çox dünya liderləri ilə birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.