Bu həftə ərzində “Dated Brent”, “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində artım qeydə alınıb.
Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən “Azeri Light CIF” markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,41 ABŞ dolları və ya 0,6% artaraq, 68,54 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 69,99 dollar/barel, minimum isə 67,63 dollar/barel olub.
Ötən həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında “Azeri Light” markalı xam neftin orta qiyməti 66,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,5 ABŞ dolları və ya 0,75% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 68,25 dollar/barel, minimum isə 65,90 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,01 ABŞ dolları və ya 1,9% artaraq, 53,17 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 53,76 dollar/barel, minimum isə 52,22 dollar/barel olub.
Ötən həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,33 dollar və ya 0,49% bahalaşaraq 67,67 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 68,99 dollar/barel, minimum isə 66,94 dollar/barel təşkil edib.
Neftin növü / tarix | 21.04.2025 | 22.04.2025 | 23.04.2025 | 24.04.2025 | 25.04.2025 | Orta qiymət |
Azeri LT CIF | – | $69,99 | $67,63 | $68,01 | $68,55 | $68,54 |
Azeri Light FOB Ceyhan | – | $68,25 | $65,90 | $66,27 | $66,82 | $66,81 |
Urals (EX NOVO) | – | $53,76 | $52,22 | $53,11 | $53,59 | $53,17 |
Dated Brent | – | $68,99 | $66,94 | $67,24 | $67,50 | $67,67 |
Qeyd edək ki, 18-21 aprel tarixləri Böyük Britaniyada rəsmi olaraq bayram günlərinə təsadüf etdiyindən həmin tarixlərdə birjalar işləməyib. Bu səbəbdən də neft qiymətləri açıqlanmayıb.