İntiqam Babayevə yeni vəzifə verildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb.

Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb.

Xatırladaq ki, o, 2000–2021-ci illərdə gənclər və idman nazirinin müavini olub. 2022–2023-cü illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparatının rəhbəri olub və aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.