Azərbaycanın ümumilli lideri, sabiq prezident Heydər Əliyevin bu gün 102 yaşı tamam olur.
AzPost bildirir ki, mərhum Prezidentlə bağlı yubiley mərasimlərində onunla bağlı xatirələr səslənir, tanınmış şəxslər bu görkəmli şəxsiyyətin, dövlət adamının onun həyatında oynadığı rolundan danışır.
Heydər Əliyevin qızı Sevil Əliyeva atası haqqında maraqlı görüntü paylaşıb. 1998-ci ildə verdiyi müsahibədə Heydər Əliyev atasından, dostlarından, işindən və müəllimlərindən danışıb.
Jurnalistin “həyatda ən çox sevdiyiniz şey?” sualına cavabı maraqlıdır. Heydər Əliyev “həyatda ən sevdyim şey həyatın özüdür” cavabını verib.
AzPost həmin görüntüləri təqdim edir: