Əfqanıstanda şahmat qadağan edilib.
AzPost bildirir ki, Taliban hökuməti Əfqanıstanda şahmatı haram elan edərək, şahmatı qadağan edib. Əfqanıstan Şahmat Federasiyası bağlanıb.
Şahmatçılar oyunları keçirmək üçün icazə almağa çalışsalar da, buna nail ola bilməyiblər.
Əmir dini səbəblərə görə oyunu tamamilə qadağan edib.