“Putinin atəşi dayandırmaq üçün 12 saat vaxtı var, əks halda Aİ-nin yeni sanksiyaları ilə üzləşəcək“.
AzPost bildirir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius deyib.
“Vaxt gedir. Günün sonuna qədər hələ 12 saatımız var və bu vaxta qədər atəşkəs əldə olunmasa, Avropa sanksiya hazırlıqlarına başlayacaq”, – o deyib.
Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “ultimatum dili” Rusiya üçün qəbuledilməzdir.
“Rusiya ilə bu dildə danışa bilməzsiniz”.-deyə Almaniya tərəfinin atəşkəsə bğlamaq üçün 12 saat vaxtı olduğu barədə bəyanatına cavab olaraq deyib.
Peskov əlavə edib ki, Putin Ukrayna ilə ilkin şərt olmadan danışıqların bərpası ilə bağlı mövqeyini “aydın və birmənalı” ifadə edib.
Mayın 10-da Zelenski və Avropa dövlət başçıları Rusiya hakimiyyətini 30 günlük atəşkəsə çağırıblar. Buna cavab olaraq Putin danışıqların mayın 15-də İstanbulda keçirilməsini təklif edib. Zelenski yenidən mayın 12-dən atəşkəs üçün çağırış edib və Rusiya prezidentini Türkiyədə gözləyəcəyini bildirib. Rusiya nümayəndələri təkid edirlər ki, əvvəlcə danışıqlar aparılmalıdır, sonra atəşkəs müzakirə oluna bilər.