İmişli rayonunda İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı tədbirdə SSRİ bayrağı qaldırılıb.
AzPost bildirir ki, bu barədə olan görüntülər sosial mediada paylaşılıb.
Rayonda müharibədə həlak olanların abidəsi önündə keçirilən mərasimdə rayon ağsaqqalar şurası adından böyük əklil qoyulub.
Abidənin bir tərəfində SSRİ-nin qırmızı bayrağı asılıb. Mərasim iştirakçılarının bəziləri yaxalarına çar Rusiyasının hərbi atributu olan “Georgi lenti” taxıb. Bu lentin Azərbaycanda taxılması qadağandır.
Mərasim isə SSRİ-nin müharibəyə həsr olunmuş “Pobeda” mahnısı ilə başlayıb.
Görüntülər birmənalı qarşılanmayıb.