ABŞ-dan Fransaya biletsiz uçan qadın ömürlük həbslə üz-üzədir

Təyyarə
Təyyarə

Bruklin məhkəməsi rusiyalı Svetlana Dalini Nyu-Yorkdan Parisə biletsiz uçmaqda təqsirli bilib. Qadının Delta Air Lines aviaşirkətinə məxsus sərnişin təyyarəsinə qanunsuz şəkildə minməsi beynəlxalq miqyasda müzakirələrə səbəb olub.

AzPost-un ABC News-a istinadla məlumatına görə, hadisə 2024-cü ilin noyabrında baş verib. ABŞ-da daimi yaşamaq icazəsi olan Svetlana Dali Con Kennedi Hava Limanında təhlükəsizlik yoxlamalarından keçə bilib və heç bir uçuş bileti olmadan təyyarəyə minmə qapısından yoxlamadan yayınıb. O, uçuşun çox hissəsini tualetdə keçirdiyini məhkəmədə etiraf edib.

Uçuş insidentsiz başa çatıb və təyyarə Parisə enib. Lakin qadının vizası olmadığı üçün o, Fransa ərazisinə buraxılmayıb və tezliklə ABŞ-a deportasiya olunub. Dekabr ayında ona qarşı biletsiz və qəsdən təyyarəyə minmək ittihamı irəli sürülüb.

Məhkəmə Svetlana Dalini ölkəni tərk etməmək və hava limanlarına yaxınlaşmamaq öhdəliyi ilə şərti azadlığa buraxsa da, o, elektron nəzarət qolbağını çıxarıb və Kanada sərhədini keçməyə cəhd göstərib. Bu qayda pozuntusuna görə qadın saxlanılıb və indi onun ömürlük həbs cəzası ilə cəzalandırılması gündəmdədir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.