Ronaldo sahibi olduğu klubu satır

Braziliya millisinin sabiq lideri Ronaldo sahibi olduğu “Valyadolid” klubunu satır.

Klubun yaydığı məlumata görə, Direktorlar Şurasının sədri və əsas səhmdar olan Ronaldo nəzarət səhm paketinin Şimali Amerika investisiya qrupuna ötürülməsi barədə razılaşma imzalayıb. Sazişin maliyyə dəstəyi Avropa fondu tərəfindən təmin olunur.

Müqavilə İspaniyanın Ali İdman Şurası tərəfindən nəzərdən keçiriləcək.

Ronaldo bu satışdan 50 milyon avro əldə edəcək. Braziliyalı Ronaldo 2018-ci ildən bəri “Valyadolid” klubuna sahib idi. Bu il klub son altı ildə üçüncü dəfə La Liqanı tərk edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.