Aİ Rusiya və Ukrayna arasında Cenevrədə danışıqlar keçirməyə çalışır

Avropa
Avropa

Avropa İttifaqı Rusiya ilə Ukrayna arasında yeni danışıqlar raundunu Cenevrədə təşkil etmək niyyətindədir. AzPost “La Repubblica”ya istinadən xəbər verir ki, təşəbbüs iyunun on beşində Kanadada keçiriləcək G7 sammitindən əvvəl irəli sürülüb.

İtaliya nəşri yazır ki, bu təşəbbüs Qərbin, xüsusilə də ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsinin qarşısını almağa yönəlib. Donald Trampın yenidən hakimiyyətə qayıtmaq ehtimalı fonunda amerikalıların mövqeyi qeyri-müəyyənləşdiyindən, G7 sammiti zamanı Kiyevə dəstəyin zəifləməsi riski mövcuddur.

Bu çərçivədə Fransa, Almaniya, İtaliya və Böyük Britaniya rəsmiləri Ukrayna Prezidentinin administrasiya rəhbəri Andrey Yermakla videobağlantı vasitəsilə görüşərək, Cenevrədə Rusiya-Ukrayna danışıqlarının təşkilini müzakirə ediblər.

Avropalı siyasətçilər bu təşəbbüsü daha əvvəlki İstanbul danışıqlarına alternativ kimi təqdim edir və Cenevrə platformasının Rusiya tərəfinin sülh danışıqlarına olan real marağını sınamaq üçün əlverişli format olduğunu düşünürlər.

“La Repubblica” yazır ki, əgər G7 sammiti uğursuz olarsa, bu, Ukraynanın Qərbdən hərbi və siyasi dəstək gözləntilərinə zərbə vura bilər.

Hazırda Aİ ölkələri münaqişənin diplomatik həllinə qayıtmaq üçün yollar axtarır və Cenevrə dialoqu bu istiqamətdə ilk ciddi addım ola bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.