Bu bitkilər yataq otağında təhlükə saçır– Bioloqdan xəbərdarlıq

Otaq bitkiləri
Otaq bitkiləri

Bəzi ev bitkiləri yataq otağı üçün təhlükəli ola bilər. AzPost xəbər verir ki, bu barədə Rusiyanın Perm Politexnik Universitetinin müəllimi və bioloq Nikita Kifel açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, bu bitkilər məhdud məkanda yerləşdirildikdə tənəffüs, dəri və həzm sisteminə mənfi təsirlər göstərə bilər. Onun fikrincə, xüsusilə oleander, xrizantema, Dieffenbachia, Monsterafilodendron kimi bitkilər ehtiyatla saxlanmalıdır.

Bioloq qeyd edib ki, oleander bitkisində olan oleandrin və curin adlı maddələr ürək və sinir sisteminə zərər verir. Onun şirəsi ağız yolu ilə qəbul edildikdə qusma, ishal və kolika kimi ciddi simptomlara səbəb olur.

Xrizantemalar da zərərsiz sayılmır. Bu bitki allergik reaksiyalar törədə, tənəffüs yollarında qıcıqlanma yarada bilər. Dieffenbachia və Monstera isə zəhərli şirəyə malikdir və bu səbəbdən onlara toxunmaq təhlükəli ola bilər.

Kifel həmçinin filodendron bitkisinə də diqqət çəkib. Onun tərkibində olan kalsium oksalat udulduqda ağızda uyuşma və yaralara səbəb olur. Bioloq bu bitkilərin uşaqların və ev heyvanlarının əli çatmayan yerlərdə saxlanmasını tövsiyə edir.

“Əgər bu bitkiləri yalnız bəzək məqsədilə saxlasaq və toxunmasaq, ciddi zərər olmaz. Amma onları dişləyən heyvanlar və ya uşaqlar üçün təhlükə böyükdür,” – deyə mütəxəssis xəbərdarlıq edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.