Sabir Rüstəmxanlı da partiya sədrliyindən gedir?

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
“Sabir Rüstəmxanlı qurultay və partiya qarşısında sədr kimi məsuliyyət daşıyır. Partiyanın növbəti qurultayına qədər sədr kimi yerindədir”.
Bunu Qaynarinfo-ya Vətəndaş Həmrəyli Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.
Aparat rəhbəri bildirib ki, bu gün Sabir Rüstəmxanlının partiyanın sədri vəzifəsindən getməsi gündəmdə deyil:
“Heç müzakirə də olunmur. Nə vaxtsa qurultay keçirilsə, o zaman özü qərar verəcək. Növbəti qurultaya isə xeyli vaxt var. Bizim sədrimizi dəyişmək fikrimiz də yoxdur. Allah canını sağ, ömrünü uzun eləsin”.
Samir Əsədli partiya sədrlərindən gedənlərə yaxşı yol, gələnlərə isə uğur arzulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.